25 may 2019-cu il tarixində Turan Legal and Tax Services LLC-nin hüquqşünası, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistrı Şahlar İbadzadə və Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 4-cü Buraxılışının Redaktoru Ləman Sadıqlının təqdimatında “Offshore (ofşor) biznes fəaliyyətinin hüquqi əsasları və bu aspektdə mübahisələrin həlli metodlarının müəyyən edilməsi” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda offshore biznes fəaliyyətinin anlayışı, yaranma halları, konseptual əsasları, offshore biznes fəaliyyətində şirkətlərin rolu və faydaları, mübahisələrin həlli metodunun müəyyən olunmasının offshore biznesdə əhəmiyyəti, tətbiq olunmalı olan metodların müəyyən edilməsi və digər başlıqlar ətrafında müzakirə aparılmışdır.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!