Cari tədris ilinin son hüquq müzakirə forumu 31 may 2019-cu il tarixində IV kurs tələbəsi Nurlan Məmmədlinin təqdimatında “Konstitusion hüquqi analiz: Məhkəmə qərarları ilə necə tanış olmalı?” mövzusunda baş tutmuşdur.

Forumun nəzəri hissəsində konstitusiyanın təhlili və konstitusion təhlilin analizi, konstitusion hüquqi analizə təsir edən faktlar və onun mərhələləri, konstitusion nəzəriyyənin əsasında duran prinsiplər, ABŞ Ali Məhkəməsinin, Almaniya Federal Konstitusiya Məhkəməsinin və AR Konstitusiya məhkəməsi qərarlarının konstitusion hüquqi analizi və digər başlıqlar ətrafında müzakirə aparılmışdır.

Forumun praktiki hissəsində isə 2 BvL 4/11, 2 BvL 4/13, 2 BvL 5/11, Mission Product Holdings Inc. v. Tempnology, LLC və digər məhkəmə qərarları üzərində məhkəmə qərarının strukturu, məhkəmənin hüquqi analiz aparma üsulu və mərhələləri müzakirə edilmiş, eyni zamanda onların məzmunu təhlil olunmuşdur.

İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkür edir, növbəti tədris ilində yenidən görüşməyi diləyirik!FB_IMG_1559321313394FB_IMG_1559321315465FB_IMG_1559321317470FB_IMG_1559321321177