12 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi tələbəsi, Tələbə Hüquq Jurnalının 5-ci buraxılışının Baş Redaktoru Elvin İsayevin təqdimatında “Dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti” mövzusunda cari ilin ilk hüquq müzakirə forumu keçirilmişdir.
Forumda dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti və elementləri, məsuliyyətin yaranmasına səbəb olan hərəkət və ya hərəkətsizliklər, dövlət orqanının hüquq pozuntusunun dövlətə aid edilməsi əsasları, orqanların hüquq pozuntularına görə dövlətinin məsuliyyətinin dərəcəsi və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə bir sıra məhkəmə işləri təhlil olunmuşdur.
Forumda iştirak edib aktivlik göstərən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.