19 oktyabr 2019-cu il tarixində hüquqşünas Zaur Əzimovun təqdimatında “Məhkəmə qərarı: nəzəri və metodoloji məsələlər” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində məhkəmə qərarının anlayışı və əhəmiyyəti, növləri, qərarların hüquqi qüvvəsi və hüquq sistemlərində rolu, Azərbaycan Respublikası hüquq sistemində məhkəmə qərarı, preyudisiya institutu, de lege lata və de lege ferenda qanunvericilik və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə bir sıra məhkəmə işləri və real vəziyyətlər təhlil olunmuşdur.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda da aktiv iştiraka dəvət edirik.