26 oktyabr 2019-cu il tarixində Tələbə Hüquq Jurnalının 5-ci Buraxılışının İcraçı Redaktoru Sevinc Sadıqovanın təqdimatında “Məhkəmələrin ratione personae yurisdiksiyası” mövzusunda növbəti müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində yurisdiksiyanın anlayışı, növləri: in persona və in rem, Aİ qanunvericiliyi çərçivəsində ümumi və xüsusi yurisdiksiya, ənənəvi ingilis qaydaları, məhkəmə bildirişləri, ABŞ hüquq sistemində federal, beynəlxalq yurisdiksiya, İngiltərə, ABŞ və Aİ-də yurisdiksion konfliktlər və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə mövzu ilə bağlı müxtəlif məhkəmə işləri təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.