7 dekabr 2019-cu il tarixində Məhkəmə Müsabiqə Cəmiyyətinin koordinatoru Nuranə Məmmədovanın təqdimatında “Beynəlxalq Humanitar Hüquq: niyə pozulur və pozuntuların qarşısı necə alına bilər?” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində Beynəlxalq Humanitar Hüququn (BHH) həyata keçirilməsi və tətbiqinin fərqi, dövlətlərin BHH-yə uyğun davranmasına təsir edən faktorlar, BHH-yə hörmət etmək və hörmət edilməsini təmin etmək öhdəliyi, müharibə cinayətləri, BHH-nin tətbiq edilməsinin məhkəmə və qeyri-məhkəmə yolu ilə həyata keçirilməsi və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.