14 dekabr 2019-cu il tarixində Məhkəmə Müsabiqə Cəmiyyətinin Baş Koordinatoru Məhəmməd Səfərlinin təqdimatında “Milli və beynəlxalq təcrübədə əhəmiyyətli pozuntu anlayışı: Müqayisəli analiz” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində öhdəliklərin əhəmiyyətli pozuntusu, CISG və Mülki Məcəllədə əhəmiyyətli pozuntu anlayışlarının müqayisəli analizi, yerli və xarici məhkəmələrdə əhəmiyyətli pozuntu anlayışının təfsiri, əhəmiyyətli pozuntunun hüquqi nəticələrivə digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.