21 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tələbələri Vaqif İsmayılzadə və Sara Quliyevanın təqdimatında “Postmortal hüquqlar və meyitdə mülkiyyət” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində postmortal hüquqların anlayışı, dəfn hüququ, meyitlərə münasibətdə mülkiyyət hüququ, transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi, AR qanunvericiliyinin mövzuya münasibəti, digər ölkələrin qanunvericiliyi ilə müqayisəli təhlil və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.


Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.