27 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi məzunu Şahlar İbadzadənin təqdimatında “Beynəlxalq İnvestisiya Hüququnda xarici investisiyanın müdafiə üsulları” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində beynəlxalq İnvestisiya Hüququna giriş, “Treaty Shopping” texnikası, investisiyanın qəbulu və yatırımı, investisiyanın qorunması üzrə “Calvo” və “Western” doktrinaları, liberallıq və daxili iqtisadiyyatın qorunması ideyaları, xarici ölkəyə yatırılan investisiya üzrə risklər, dövlətlərin bu risklərin qarşısını alma üsulları, xarici investisiyanın müdafiəsi, investisiyanın müdafiəsinin təməl ünsürləri, diplomatik müdafiə, Beynəlxalq İnvestisiya Sazişləri, müqavilələr və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır

Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.