22 fevral 2020-ci il tarixində Martin Luther University Halle-Wittenberg Hüquq fakültəsi professoru, həmçinin Bakı Dövlət Universiteninin Hüquq fakültəsinin müəllimi Azər Əliyevin təqdimatında “Beynəlxalq arbitraj: Dövlət və xüsusi maraqlar arasında balans axtarışında” mövzusunda yeni mövsümün ilk hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində Beynəlxalq arbitrajın inkişaf tarixi, İnvestisiya arbitrajının dövlətlərin və beynəlxalq təşkilatların gündəmində rolu, dövlətlər tərəfindən tanınan mübahisələrin alternativ həll üsulunun legitimliyi, Dövlətin mübahisələrin həll edilmə mexanizminə müdaxiləsi, Azərbaycanda və beynəlxalq kontekstdə beynəlxalq arbitrajın tənzimlənməsi və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.