29 fevral 2020-ci il tarixində Bakı Dövlət Universiteninin Hüquq fakültəsinin magistrı, Bakı AVRO 2020 layihəsində hüquqşünas Aytac Cahangirovanın təqdimatında “İdeya yoxsa fiksasiya? Müəlliflik hüququnda əsər anlayışı” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində müəlliflik hüququ ilə mühafizə üçün obyekt hansı şərtlərə cavab verməlidir?, ideyanın ifadəsi nəzəriyyəsi və fiksasiya, “Merger” doktrinası, ideya və ifadənin fərqləndirilməsi və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.