5 dekabr 2020-ci il tarixində University of Washington School of Law (LL.M) məzunu, “Altay Mustafayev Law & Tax” MMC hüquq şirkətinin qurucusu, həmçinin Bakı Dövlət Universiteti və ADA Universitetinin müəllimi Altay Mustafayevin təqdimatında “Beynəlxalq Kommersiya müqavilələrində Hüquq seçimi” mövzusunda 2020-2021-ci tədris ilinin ilk hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində müqavilə azadlığı, xarici ölkənin hüquq seçimi və dövlət suverenliyi; xarici hüquq seçimində nəzərə alınmalı olan nüanslar; ən çox seçilən xarici hüquq – İngiltərə və Uels hüququ; hüquq seçiminin yurisdiksiya/mübahisələrin həlli forumu seçimi ilə əlaqəsi; hüquqların toqquşması (“conflict of laws”); unifikasiya edilmiş beynəlxalq sənədlər və hüquq seçimi və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə xarici hüququn Azərbaycan məhkəmələrində tətbiqinin praktiki problemləri, həmçinin müxtəlif məhkəmə qərarları və real vəziyyətlər təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.