12 dekabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr məzunu, Northwestern Universitetindən L.L.M dərəcəli, özündə 70-dən çox peşəkarları cəmləşdirən EKVİTA şirkətinin təsisçisi və direktoru, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi İlqar Mehtinin təqdimatında “Hasilatın Pay Bölgüsü haqqında Sazişlərin (PSA) hüquqi mahiyyəti” mövzusunda 2020-2021 il tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində PSA-lər nəzəri olaraq tədqiq olunmuş, bu sazişlərin hüquqi statusu, onların tətbiqindəki bəzi aspektlər və digər başlıqlar ətrafında müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində isə AÇG və Şahdənizlə bağlı PSA-lərdə yaranan praktiki problemlər, həmçinin onların daxil olduğu real vəziyyətlər təhlil olunmuşdur.

İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu youtube-dan izləyə bilərlər. Video üçün linkə keçid edin:

https://www.youtube.com/watch?v=Dtut61wVAWY

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.