19 dekabr 2020-ci il tarixində Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində Süni intellektlə hüququn kəsişməsi sahəsində elmi araşdırma aparan, San Francisco Universitetindən L.L.M dərəcəli, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi kimi fəaliyyət göstərən Turxan İsmayılzadənin təqdimatında “Süni İntellektin Məhkəmə Qərarlarının Qəbul Edilməsində Tətbiqi” mövzusunda 2020-2021-ci il tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində Süni intellektin Mülki və Cinayət prosessi zamanı məhkəmə qərarlarının verilməsində istifadəsinin məqsədəuyğunluğu barədə məlumatlar verilmişdir.
Forumun praktiki hissəsində isə, hazırda tətbiq olunan proqramlara baxılmış və onların istifadəsinin nə dərəcədə mövcud (və ya gələcək) hüquq sisteminin tələblərinə cavab verməsi haqqında müzakirə aparılmışdır.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu youtube-dan izliyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.