26 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və partnyorları” hüquq bürosunun partnyoru, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi Nurlan Babayevin təqdimatında “Beynəlxalq Biznes Əməliyyatları: Hüquqi problemlər və Risklər” mövzusunda 2020-ci ilin son hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində beynəlxalq biznes əməliyyatlarının iqtisadi, hüquqi xüsusiyyətləri və diqqət yetirilməli olan risklər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə beynəlxalq biznes əməliyyatlarının iki növü haqqında praktiki məsələlər ətrafında müzakirələr aparılmışdır.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu youtube-dan izləyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
https://www.youtube.com/watch?v=-dyDswZlTWI
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.