6 fevral 2021-ci il tarixində Strasburq Universiteti (LL.M) məzunu, “İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədr müavini, Strasburq Universitetinin Azərbaycandakı səfiri, “Tabaterra” QSC-nin Hüquq departamentin müdiri və Bakı Dövlət Universitetinin müəllimi Maarifə Paşayevanın təqdimatında “Müqavilənin idarəolunması sistemi” mövzusunda 2021-ci ilin ilk hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində müqavilə idarəsinin elementləri və müqavilə idarə edilməsində ənənəvi və rəqəmsal yanaşmalar haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə müqavilələrin idarəsi üçün ən effektiv praktikalar (“best practices”) ətrafında müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.