2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 6 mart 2021-ci il tarixində, saat 11:00-da “Kompüter Proqramı Müəlliflik Hüququnun Obyekti Kimi” mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından bakalavr, Marmara Universitetindən magistr məzunu, Kyusyu Universitetindən LL.M dərəcəli Elnur Kərimovun təqdimatında baş tutmuşdur.
Kompüter proqramları bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müəlliflik hüququnun obyekti olaraq ədəbi əsərlər kateqoriyasında qorunur. Həmçinin kompüter proqramları patent hüququ kontekstində və kommersiya sirri kimi də qoruna bilər. Forumun nəzəri hissəsində kompüter proqramlarının obyekt kodundan əlavə, qaynaq (mənbə və ya giriş) kodu, alqoritma və s. ilkin mətnlərdən ibarət olmasının müəlliflik hüququnun obyekti kimi mühafizəsində çətinlik yaratması barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə kompüter proqramlarının çoxhissəli xarakterinin müəlliflik hüququnda necə qorunması, yaradıcılıq fəaliyyətinin nəticəsi olub-olmaması ətrafında müzakirələr aparılmışdır.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu Youtube-dan izləyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.