2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 13 mart 2021-ci il tarixində, saat 11:00-da “Əşyaların İnterneti. Hüquqi tənzimlənməsi nə dərəcədə mümkündür?” mövzusunda, Bakı Dövlət Universiteti Hüquq fakültəsi (LL.B, LL.M) və University of Minnesota Law School (LL.M) məzunu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Apex Advisors hüquq şirkətinin təsisçisi, eyni zamanda ADA Universitetinin müəllimi Nazlı Əhmədovanın təqdimatında baş tutmuşdur.
Əşyaların İnterneti (Əİ) son illərin texnoloji fenomeni olaraq, sürətlə həyatımızın bir çox sahələrinə daxil olmaqda, ona aid edilən cihazların sayı isə günbəgün artmaqdadır. Bu yeni reallığın hüquqi tənzimlənməsinin son 2 il ərzində zərurətə çevrilməsini və cəmi bir neçə ilə ən aktual hüquqi müzakirə trendlərindən biri olacağını proqnozlaşdıraraq, bu forumda Əİ-nin hüquqi tənzimlənməsinin mövcud durumu, bu sahədə mövcud olan yeniliklər, çətinliklər, risklər və qarşıda duran məsələlər müzakirə edilmişdir.
Forumun praktiki hissəsində Əİ-nin hüquqi tənzimlənməsinin zəif olması səbəbindən baş vermiş kazusu qısaca müzakirə etdikdən sonra, təqdimatçı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə təklif edilən bəzi dəyişikliklər müzakirə edilmişdir.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu Youtube-dan izləyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.