2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 27 mart 2021-ci il tarixində, saat 11:00-da “İxtiranın Patent Qabiliyyəti Şərtləri. Patent Barəsində Məlumatın Dərci Yenilik Şərtini Pozurmu?” mövzusunda, Bakı Dövlət Universitetindən bakalavr və magistr məzunu, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi Aytac Cahangirovanın təqdimatında baş tutmuşdur.
İxtiranın hüquqi mühafizə ilə təmin edilməsi üçün onun qanunvericiliklə müəyyən edilmiş bir sıra şərtlərə cavab verməsi tələb olunur.
Forumun nəzəri hissəsində ixtiranın patent qabiliyyəti şərtlərinin nələrdən ibarət olması, onun bu şərtlərə cavab verib-verməməsinin necə müəyyən edilməsi barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə ixtiranın patent qabiliyyəti şərtləri ilə bağlı müxtəlif məhkəmə işləri araşdırılmış, onlar ətrafında müzakirələr aparılmışdır.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu Youtube-dan izləyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.