2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 04 dekabr 2021-ci il tarixində saat 11:00-da “Patent yoxsa kommersiya sirri?” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr və magistr məzunu, PMD Group şirkətinin komplayens üzrə hüquqşünası Aytac İsmayılovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Patent qabiliyyəti şərtləri və məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları
– Patentlə verilən hüquqi mühafizənin həcmi
– Kommersiya sirri rejiminin müəyyən edilməsi
– Hər iki hüquqi mühafizənin zəif və güclü tərəfləri barədə ümumi məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə:
– Patent əldə edilməsi üçün Əqli Mülkiyyət Agentliyinə müraciətin mərhələləri, iddia sənədi və patent barəsində məlumatın dərci;
– Mülki hüquq müqavilələrində kommersiya sirri rejiminin müəyyənləşdirilməsi haqqında məsələlər konkret nümunələr vasitəsi ilə müzakirə edilmişdir.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.