2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 11 dekabr 2021-ci il tarixində saat 11:00-da “Hüquq, əxlaq və mənəvi aspektlər: Fuller-Hart debatı perspektivi və hüquqda dilemmalar” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr məzunu, Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 3-cü Buraxılışının Baş Redaktoru, KPMG Azərbaycan şirkətinin Baş hüquq məsləhətçisi Kənan Mədətlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
− Hüquq və əxlaq anlayışı;
− Hüquq və əxlaqın qarşılıqlı təsiri;
− Hüquqda mənəvi aspektlərin rolu;
− Fuller-Hart debatı və onun əhəmiyyəti;
− Mövzuya münasibətdə positivist və təbii hüquq mövqeyi anlayışları müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə auditoriyanın iştirakı ilə müxtəlif məhkəmə işləri və mövzu ilə bağlı ssenarilər əsasında müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.