2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 dekabr 2021-ci il tarixində saat 11:00-da “Avtomatlaşdırılmış qaydada qəbul edilən inzibati aktların hüquqi analizi” mövzusunda Bakı Dövlət Universiteti bakalavr məzunu, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqşünası Tərcə Sarıyevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Tam avtomatlaşdırılmış inzibati aktların hüquqi tənzimlənmə mexanizmləri;
– Dövlət idarəetməsində tam avtomatlaşdırılmış qaydada qəbul edilən inzibati aktların konstitusion və inzibati hüquq prinsiplərinə uyğunluğu;
– Mövzuya münasibətdə müxtəlif dövlətlərin milli qanunvericilik yanaşmalarının müqayisəli təhlili;
– İnzibati icraat normalarının gələcək qərar qəbuletmə təcrübəsinə necə uyğunlaşdırılmalı olduğu barədə müzakirə aparılmışdır.
Forumun praktiki hissəsində isə mövcud praktikada qəbul edilən inzibati aktların və məhkəmə qərarlarının təhlili aparılmışdır.