2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 25 dekabr 2021-ci il tarixində saat 11:00-da “Subroqasiya hüququ və tətbiqi problemləri” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsi, Əqli mülkiyyət hüququ ixtisası üzrə magistr tələbəsi, “MEGA Sığorta” ASC-nin hüquqşünası Türkan Kərimovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Subroqasiya hüququnun anlayışı, mahiyyəti;
– Subroqasiya hüququna dair doktrinada formalaşmış nəzəriyyələr;

– Subroqasiya hüququnun müqavilə və qanun üzrə yaranma əsasları barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə subroqasiya hüququnun tətbiqi ilə əlaqədar məhkəmə mübahisələri kontekstindən müzakirələr aparılmışdır.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.