2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 19 Fevral 2022-ci il tarixində saat 11:00-da “Görmək inanmaqdır: Rəqabətdə müqayisəli reklamdan, istifadənin hüquqi nəticələri” mövzusunda Bakı Dövlət Universiteti məzunu, BHM hüquq şirkətinin Baş hüquq məsləhətçisi Fidan Ələkbərovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Marketinqdə vizual reklamlardan istifadənin əhəmiyyətinə dair “görmək inanmaqdır” nəzəriyyəsi;
– Real reklam nümunələri üzərindən haqsız, gizli, qeyri-dəqiq reklam növləri;
– Müqayisəli reklamların AR qanunvericiliyində tənzimlənməsi;
– Müqayisəli reklamların Avropa İttifaqı və ABŞ qanunvericiliyində tənzimlənmə qaydaları;

– Qanunsuz reklamlara görə hüquqi məsuliyyət barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə:
– Müqayisəli reklamlardan istifadəyə dair müzakirəli məsələlər;
– Avropa İttifaqı və ABŞ məhkəmə praktikasından bir sıra işlər;

– Real reklam nümunələri üzərindən rəqabət hüquq pozuntularının olub-olmaması təhlil edilmişdir.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.