2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 26 Fevral 2022-ci il tarixində saat 11:00-da “Məşğulluqda gender bərabərliyi: Müdafiə vs. Bərabərlik” mövzusunda Dövlət İdarəçilik Akademiyasının bakalavr, İsveçin Lund Universitetinin “Beynəlxalq insan hüquqları” ixtisası üzrə magistr məzunu, BHM hüquq şirkətinin hüquq məsləhətçisi Səbinə İbrahimovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Əmək qanunvericiliyinin qadın işçilərə qarşı müdafiəedici xarakteri;
– Beynəlxalq Əmək Təşkilatının mövqeyi;
– Yerli və xarici qanunvericilikdə atalıq məzuniyyəti;
– Peşə seqreqasiyası ilə bağlı mövcud problemlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə:
– Xarici dövlətlərin təcrübələrindən maraqlı faktlar;
– Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları;
– Yerli təcrübədə mövcud olan müdafiə mexanizmlərinin diskriminasiya yaradan halları müzakirə olunmuşdur.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.