2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 5 Mart 2022-ci il tarixində saat 15:00-da “Xarici arbitraj qərarlarının tanınması və icrasından imtinanın əsasları: Nyu-York Kon vensiyasının 5-ci maddəsinin Azərbaycan hüquq təcrübəsində tətbiqi” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Vyana Universitetindən isə “Avstriya, Avropa və Beynəlxalq Biznes hüququ” ixtisası üzrə magistr məzunu, Vəkillər Kollegiyasının üzvü, BHM Hüquq Şirkətinin Korporativ və Maliyyə Departamentinin meneceri Türkan Hacıyevanın təqdimatında baş tutmuşdur.
– Yerli və beynəlxalq normativ tənzimlənmə çərçivəsində xarici arbitraj qərarlarının tanınması və icrasından imtinanın əsasları barədə məlumat verilmişdir.
– Azərbaycan kontekstində mübahisələrin alternativ həlli üsulu kimi arbitrajın hazırki statusu müzakirə olunmuşdur.