2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 12 Mart 2022-ci il tarixində 11:00-da “Məsafədən iş (Distant/Remote): Hüquqi Aspektləri” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, ADA Universitetindən isə “Beynəlxalq Münasibətlər və Diplomatiya” ixtisası üzrə magistr məzunu, BHM Hüquq Şirkətinin Baş hüquq məsləhətçisi İmanova Təhminənin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Məsafədən işin (distant, evdən və ya teleişin) anlayışı;
– AR Əmək qanunvericiliyinin indiki hüquqi statusu və Əmək Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər;
– Müxtəlif xarici dövlətlərin qanunvericilik yanaşmalarının müqayisəli təhlili;
– Beynəlxalq Əmək Təşkilatının mövqeyi barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar müxtəlif kazusların təhlili aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.