2021/2022-ci tədris ilinin növbəti 26 Mart 2022-ci il tarixində saat 11:00-da “Azərbaycan Respublikasında normayaratma fəaliyyəti” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr və magistr məzunu, Mərkəzi Bankın hüquqşünası Sahil Cəfərovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Hüquq normaları: anlayışı, strukturu, növləri və funksiyaları;
– Hüquqi aktların növləri;
– Normayaratma fəaliyyətinin ümumi məsələləri və normayaratma prosesi;
– Normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi və onların ləğv edilmə prosesi;
– Normativ hüquqi aktların ekspertizası;
– Qanunların, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qəbul edilməsi;
– Normativ xarakterli aktların qəbul edilməsi;

– Hüquqi aktların qüvvəyə minməsi barədə müzakirə aparılmışdır.

Forumun praktiki hissəsində isə:
– Hüquqi akt layihəsinə dair sənədlərin hazırlanma qaydası;

– Normayaratma prosesi zamanı yaranan problemlər və boşluqlar təhlil edilmişdir.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.