2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 2 Aprel 2022-ci il tarixində saat 11:00-da “Qazanılmış haqlar nəzəriyyəsi: normativ hüquqi aktların zamana görə qüvvəsi” mövzusunda Bakı Dövlət Universitetinin müəllimi, Hüquq üzrə fəlsəfə doktoru və dosent Zaur Əzimovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Normativ hüquqi aktların anlayışı və əlamətləri;
– Normativ hüquqi aktların qüvvəsi və təsiri;
– Normativ hüquqi aktların zamana görə təsiri;
– Cinayət, mülki və prosessual qanunvericiliyin zamana görə təsiri;
– Lex retro non agit;
– Normativ hüquqi aktın qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunması;

– Qazanılmış haqlar nəzəriyyəsi barədə müzakirə aparılmışdır.

Forumun praktiki hissəsində isə:
– Ayrı-ayrı normativ hüquqi aktların zamana görə qüvvəsi məsələləri;

– Normativ hüquqi aktlarla bağlı ayrı-ayrı nəzəriyyələrin məhkəmə qərarlarında tətbiqi məsələləri təhlil edilmişdir.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.