2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 9 Aprel 2022-ci il tarixində saat 11:00-da “Əlavə dəyər vergisi: onun büdcəyə ödənilməsi mexanizminin təhlili” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əlixan Qarayevin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Əlavə dəyər vergisinin anlayışı;
– Hesablaşma, əvəzləşdirmə və ödənilmə anlayışları üzərində ƏDV-nin büdcəyə ödənilmə mexanizmi;
– Əlavə dəyər vergisi ödəyiciləri;
– Ödəyicilərin ƏDV məqsədləri üçün könüllü və məcburi qeydiyyatı, ləğv edilməsi halları;
– ƏDV-nin tətbiq dairəsi, vergi ödəyicilərinə tətbiq edilən vergidən azad edilmə halları və digər güzəştlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar müxtəlif kazusların təhlili aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.