2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 16 aprel 2022-ci il tarixində saat 11:00-da “Texnologiyanın inkişafının hüquqa təsiri: Elektron müqavilələr” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Aytac Məmmədovanın təqdimatında baş tutmuşdur.
Qeyd edək ki, 12 fevral 2022-ci il tarixində saat 11:00-da baş tutması nəzərdə tutulan forum obyektiv səbəblərdən təxirə salınmışdı.
Forumun nəzəri hissəsində:
– Elektron müqavilənin əhəmiyyəti, münasibətlərin tənzimlənməsində rolu;
– Elektron müqavilələrdə oferta və aksept;
– Elektron müqavilənin bağlanma anı;
– Elektron müqavilə münasibətlərində yurisdiksiya məsələləri barədə müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə mövcud praktikada rast gəlinən problemlər araşdırılmış, müxtəlif kazuslar təhlil edilmişdir.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.