23 Aprel 2022-ci il tarixində saat 11:00-da “Kibertəhlükəsizlik” mövzusunda workshop baş tutmuşdur!
Bakı Dövlət Universitetinin bakalavr, Ankara və Sürix Universitetlərinin magistr məzunu, kibertəhlükəsizlik menecmenti üzrə sertifikat (Harvard Universiteti) almış, hazırda İsveçrə Kiber İnstitutunun təsisçisi və baş direktoru Samir Əliyevin təqdimatında şəxsi toxunulmazlıq hüququ ilə əlaqədar məlumatların qorunması; şəxsi məlumatların xüsusi kateqoriyaları; müasir dövrdə şəxsi toxunulmazlıq hüququnun realizəsi, hüquqi aspektləri barədə məlumat verilmişdir.
Daha sonra mövzu ilə əlaqədar müxtəlif anlayışlar və halların təhlili aparılmış, iştirakçıların suallarına cavab verilmişdir.