2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 7 May 2022-ci il tarixində saat 11:00-da “İkinci Qarabağ Müharibəsi və beynəlxalq hüquq” mövzusunda Bakı Dövlət Universiteti məzunu, Jessup Məhkəmə Müsabiqəsinin milli raundların administratoru, hüquqşünas Mehran Əmirlinin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsinə:
– Beynəlxalq hüquq aspektində münaqişənin tarixi keçmişi;
– Ərazi bütövlüyünün bərpası üçün özünümüdafiə hüququna istinad;
– 10 noyabr 2020-ci il bəyanatından sonrakı vəziyyət;

– Sözügedən məsələ ilə əlaqəli qarşı tərəfin yenilənən iddiaları barədə məlumat verilmişdir.

Forumun pratiki hissəsində isə münaqişədən sonra Azərbaycan və Ermənistan arasında icraatı davam edən Avropa İnsan Hüquqları Məhkəməsi, həmçinin Beynəlxalq Ədalət Məhkəməsindəki işlər və onların mümkün perspektivləri müzakirə edilmişdir.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.