2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 14 May 2022-ci il tarixində saat 11:00-da “Ənənəvi Ticarətin Rəqibi: Elektron Ticarət və Onun Hüquqi Tənzimlənməsi” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Seyidbəyim Hüseynovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Azərbaycan və xarici dövlətlərdə elektron ticarətin hüquqi tənzimlənməsi;
– Elektron ticarətin növləri və elektron kommersiya subyektlərinin vergiyə cəlb olunması;
– Elektron ticarətdə təhlükəsizliyin təmin olunması və digər hüquqi məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə:
– Elektron ticarətlə bağlı yerli qanunvericilikdə olan boşluqlar və problemlər;
– Elektron ticarət və onun iştirakçıları ilə əlaqədar müxtəlif kazuslar ətrafında müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.