2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 21 may 2022-ci il tarixində saat 11:00-da “Müqavilə Hüququnda Tərəflərin İradə Sərbəstliyindən Sui-istifadə Halları: Zəif Tərəfin Hüquqlarının Müdafiəsi” mövzusunda Bakı Dövlət Universitenin 3-cü kurs tələbələri Gültəkin Səfərli və Jalə Səfərəliyevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Müqavilənin anlayışı və ümumi xüsusiyyətləri;
– Müqavilələrdə zəif tərəflərin anlayışı və onların hüquqlarının müdafiəsinin önəmi;
– Ayrı-ayrı müqavilələr üzrə zəif tərəflər və onların hüquqlarını pozan müqavilə şərtləri;

– Müxtəlif ölkələrin qanunvericiliklərində zəif tərəflərin hüquqlarının müdafiəsinin necə tənzimlənməsindən bəhs edilmişdir.

Forumun praktiki hissəsində isə müqavilələrdəki zəif tərəflərin hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif xarici məhkəmə işləri araşdırılmış və onlar ətrafında müzakirələr aparılmışdır.

Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.