2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 28 May 2022-ci il tarixində saat 11:00-da “Tarixi Adlar və Toponimlərin Kommersiya Məqsədli İstifadəsi: Müxtəlif Hüquqi Yanaşmalar” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Mehri Quliyevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Tarixi ad və toponimlərdən kommersiya məqsədli istifadənin mümkünlüyü;
– Bu sahədə Azərbaycan qanunvericiliyinin mövqeyi;
– Xarici ölkələrdə həmin məsələnin tənzimlənməsi;
– Tarixi abidələrin qorunması;
– Sözügedən məsələnin reklam, mülkiyyət, inzibati xəta sahələrindəki hüquqi tənzimi barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə tarixi ad və toponimlərlə bağlı yerli qanunvericilikdəki boşluqlar araşdırılmış və müxtəlif dövlətlərin praktikası barədə müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.