2021/2022-ci tədris ilinin son Hüquq Müzakirə Forumu 4 iyun 2022-ci il tarixində saat 11:00-da “Dəniz Hüququnda Ərazi Sularının Delimitasiyası Problemi: Egey Dənizi” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Ceyhun Xəlilovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Dəniz hüququnda dənizlərin bölgüsü;
– Ərazi dənizi və onun bölgüsü;
– Arxipelaq dövlətin xüsusiyyətləri;
– Orta xətt prinsipi və onun tətbiqi barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə Beynəlxalq Ədalət Məhkəməsinin və Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın ərazi sularının delimitasiyası üzrə bəzi qərarlarının müzakirəsi aparılmışdır.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkür edir, növbəti tədris ilində yenidən görüşməyi diləyirik!