07.10.2017 tarixində 4-cü kurs SABAH qrupu tələbəsi Kənan Mədətlinin təqdimatında “Hüququn mənəvi tərəfi: hüquq hər zaman üstündürmü?” mövzusunda cari tədris ilinin ilk Hüquq Müzakirə Forumu keçirilmişdir!
Forumun nəzəri hissəsində hüququn mənəvi tərəfi, mənəvi əsaslandırma, mənəviyyatın hüququn tətbiqində və yaradılmasında yeri təhlil olunmuş, məşhur hüquq filosoflarının yanaşmaları müzakirə olunmuşdur.
Praktiki hissədə isə müxtəlif faktlar və məhkəmə işləri təqdim edilmiş və tələbələrə mənəvi analiz aparmaq imkanı yaradılmışdır. Forumun sonunda isə Queen v. Dudley and Stephens və Guerro and ors. v. Italy məhkəmə işləri müzakirə olunmuşdur.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştiraka səsləyirik.